MBA-da draft mərasimi keçirilib

30 İyul, 15:45 Sosial mediada paylaşın:
Nyu-Yorkun məşhur “Barkleys Senter” arenasında  Milli Basketbol Assosiasiyasında növbəti mövsüm üçün nəzərdə tutulan draft mərasimi keçirilib. 
arixdə 75-ci dəfə təşkil olunan mərasimdə basketbol həvəskarları maraqlı anların şahidi olub. Ötən mövsüm pandemiya ilə əlaqədar tədbir onlayn formatda keçirilmişdisə, bu dəfə MBA-da çıxış etmək üçün namizədliklərini irəli sürən basketbolçular arenaya toplaşmışdı. Gözlənildiyi kimi Oklahoma universitinin 19 yaşlı üzvü Kreyd Kaninngem “Detroyt Pistons” tərəfindən birinci sıradan draft edilib. 203 santimetr boya malik Kaninngem oyun qurucusu mövqeyində çıxış edir. “Hyuston Rokets” isə ikinci sıradan G liqada mübarizə aparan 19 yaşlı müdafiəçi Ceylen Qrini heyətinə qatıb. 3-cü sıradan Cənubi Kaliforniya Universitetinin 213 sm boya malik mərkəz oyunçusu Evan Mobli “Klivlend” tərəfindən draft edilib.  
Yeri gəlmişkən, hər il olduğu kimi yeni mövsüm öncəsi də MBA klubları Avropadan bəzi oyunçuları heyətinə qatıb. Bu mənada “Beşiktaş”ın türkiyəli Alperen Şengünü xüsusi qabarda bilərək. “İndiana Peysers” tərəfindən 16-cı sıradan draft edilən 19 yaşlı oyunçu “Hyuston”a treyd edilib.
Treyddən söz düşmüşkən, ötən mövsüm “Vaşinqton Vizards”da çıxış edən məşhur amerikalı oyun qurucusu Rassell Uestbruk karyerasını “Leykers”də davam etdirəcək. Los Anceles klubu paytaxt təmsilçisi və “İndiana Peysers”lə 3 tərəfli oyunçu dəyişikliyi ilə bağlı razılıq əldə edib. Məlumatı MBA komissarı Adam Silver və “Leykers”in lideri Lebron Ceyms də təsdiqləyib.

CANLI YAYIM