Almaniyalı məşqçi irqçlliyə görə Olimpiadadan göndərildi

30 İyul, 16:49 Sosial mediada paylaşın:
Almaniya veloidman millisinin məşqçisi Patrik Moster Olimpiadanı tərk edəcək.
Bu barədə Almaniya Veloidman Federasiyası qərar qəbul edib. Buna yarış zamanı məşqçinin irqçi fikirlər səsləndirməsi səbəb olub. Məşqçi tunisli və eritreyalı velosipedçilərlə mübarizədə yetirmələrini ruhlandırmaq üçün kənardan təhqiredici ifadələr işlədib. Daha sonra Moster social şəbəkə vasitəsi ilə səsləndirdiyi ifadələrə görə üzr istəsə də, Almaniya Veloidman Federasiyası onu komandadan kənarlaşdırıb.

CANLI YAYIM