BOK idmançılara psixoloji yardım etməyə hazırdır

30 İyul, 17:30 Sosial mediada paylaşın:
Elə Beynəlxalq Olimpiya Komitıəsi Tokioda xoşagəlməz vəziyyətlər və aqressiyaya məruz qalan idmançılara psixoloji dəstək verməyə hazırdır.
Bu barədə qurumun mətbuat katibi Mark Adams ictimaiyyətə açıqlama verib. O, Olimpiadada iştirak edən idmançıların şərəf və ləyaqətinə toxunmağın qəbulolunmaz olduğunu bildirib. Adams idmançıları bir-birinə hörmət etməyə çağırıb. BOK nümayəndəsi təmsil etdiyi qurumun təzyiqlərlə üzləşən idmançılara psixoloji yardım etməsinə hazır olduğunu bildirib.  Xatırladaq ki, artıq Olimpiadada bir neçə belə xoşagəlməz hadisə yaşanıb. Bu mənada idman gimnastikası üzrə 4 qat olimpiya çempionu Simona Baylzın təzyiqlərə məruz qalmasını vurğulaya bilərik. Onun psixoloji problemlərə görə komanda yarışından imtina etməsi böyük əks-sədaya səbəb olmuşdu.

CANLI YAYIM