Tokio-2020: boksçumuz Alfonso Dominges yarımfinala vəsiqə qazanıb

30 İyul, 14:40 Sosial mediada paylaşın:
Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
81 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominges yarımfinala yüksəlib.
İlk raundda 5 hakimdən 3-ü Malkanın, digər ikisi isə Domingesin lehinə qərar verib. 2-ci və 3-cü raundda isə bütün hakimlər Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib.
İkinci hissənin sonunda türkiyəli boksçu noqdauna düşüb.
Qeyd edək ki, Alfonso Dominges 1/8 finalda özbəkistanlı Dilşodbek Ruzmetovu mübarizədən kənarlaşdırıb. O, finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq.

CANLI YAYIM