Karmelo Entoni "Leykers"ə keçib

4 Avqust, 14:07 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının adlı-sanlı oyunçularından sayılan Karmelo Entoni karyerasını “Los-Anceles Leykers”də davam etdirəcək.
37 yaşlı forvard Kaliforniya klubuna azad agent statusu ikeçib. Xatırladaq ki, ötən iki il ərzində Melo “Portlend”in heyətində çıxış edib. O, ötən mövsüm hər oyuna 13,4 xal və 3,1 ribaundla fərqlənib. Xatırladaq ki, “Leykers” buna qədər Trevor Ariza, Rassell Uestbruik, Duayt Hovard və Kent Beyzmoru heyətinə cəlb etmişdi.

CANLI YAYIM