Hacı Əliyev gümüş medal qazandı, Şərif Şərifov medalsız qaldı

7 Avqust, 15:22 Sosial mediada paylaşın:
Sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) Tokio Olimpiadasında Azərbaycanın aktivinə növbəti gümüş medalı yazdırıb.
AZƏRTAC xəbər verir ki, idmançımız finalda Yaponiya təmsilçisi, dünya və ikiqat Asiya çempionu Takuto Otoquro ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 5:4 hesabı ilə rəqib güləşçinin xeyrinə başa çatıb. Beləliklə, Hacı Əliyev “Tokio-2020”də gümüş medalla kifayətlənməli olub.
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov isə Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
97 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Reyneris Salas Pereslə üz-üzə gəlib.
Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Son xal prinsipinə əsasən, rəqibinə məğlub olan Şərifov olimpiadada 5-ci olub.

CANLI YAYIM