Luka Donçiç "Dallas"la müqaviləni yeniləyib

11 Avqust, 17:30 Sosial mediada paylaşın:
 “Dallas”ın müdafiəçisi Luka Donçiç klubla müqavilə müddətini daha 5 il müddətinə yeniləyib.
Sloveniyalı ulduz basketbolçu  2026-cı ilə qədər 207 milyon dollarlıq məvacib əldə edəcək.  Bu həm də MBA tarixində gənc oyunçularla imzalanan  müqavilələr arasında rekord göstəricidir.  Maraqlıdır ki, Donçiçlə müqaviləni yeniləmək üçün “Dallas”ın sahibi Mark Kyuban, klubun məsləhətçisi və sabiq əfsanəvi oyunçusu Dirk Novitski, baş məşqçi Ceyson Kidd və  baş menecer Niko Harrison Sloveniyaya gəlib. Hətta yeni müqavilə də Sloveniyada xüsusi mərasimdə imzalanacaq. Xatılrladaq  ki, Donçiç 2018-ci ildə “Real”dan “Dallas”a keçib. 22 yaşlı basketbolçu son ili ildə MBA-nın rəmzi yığmasında yer alıb.

CANLI YAYIM