Aleksey Şved "Ximki"ni ÇSKA-ya dəyişib

12 Avqust, 17:30 Sosial mediada paylaşın:
“Ximki” ilə yollarını ayıran Aleksey Şved karyerasının ÇSKA-da davam etdirəcək. Məşhur rusiyalı basketbolçusu paytaxt təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb. Qeyd edək ki, ötən yay 32 yaşlı basketbolçu “Ximki” ilə müqavilə müddətini yeniləmişdi. Amma maliyyə böhranına görə “Ximki”nin VTB Liqasından çəkilməsi nəticəsində  Aleksey klubla əməkdaşlığı dayandırıb. Rusiya millisinin üzvü Çindən iki cəlbedici təklif gəlsə də, Şved ÇSKA-nı seçib. Xatırladaq ki, Şved 2005-12-ci illərdə də Moskva klubunun heyətində çıxış etmişdi.

CANLI YAYIM