Gənc güləşçilərimizdən 3-ü dünya çempionatının finalında

17 Avqust, 10:53 Sosial mediada paylaşın:
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya birinciliyinin ilk günündə 4 idmançımız mübarizəyə qoşulub. Onlardan 3-ü finala vəsiqə əldə edib. 65 kq-da Zirəddin Bayramov Tacikistan, Gürcüstan, Amerika birləşmiş ştatları idmançılarını məğlubiyyətə uğradaraq həlledici qarşılaşmada Rusiyalı güləşçi ilə görüşmək hüququ qazanıb.
70 kq-da Cəbrayıl Hacıyev isə Bolqarıstan, İsveç və Rusiyanı təmsil edən yaşıdlarından üstün olaraq finala çıxıb.  O, həlledici görüşdə iranlı idmançı ilə üz-üzə gələcək.
79 kq çəkidə Əşrəf Aşırov Latviya güləşçisini mübarizədən kənarlaşdırandan sonra Monqolustan və Qazaxıstan nümayəndələrinə gücünü göstərərək finala yüksəlib. Aşırov da həlledici görüşdə iranlı pəhləvanla QARŞILAŞACAQ.  
Xalça üzərinə çıxan 4 sərbəst güləşçimizdən yalnız 1-i finala vəsiqə qazana bilməyib. 57 kq-da Nurəddin Novruzov İtaliya və Monqolustan atletlərinə qalib gəlsə də, yarımfinalda rusiyalı rəqibiylə bacarmayıb. Novruzov bürünc medal uğrunda mübarizə aparacaq.

CANLI YAYIM