Valtteri Bottas "Red Bull"la danışıqlar aparır

17 Avqust, 15:08 Sosial mediada paylaşın:
“Mersedes” pilotu Valtteri Bottas növbəti mövsümdən “Red Bull”da çıxış edə bilər.
Avropa mətbuatının məlumatına görə, finlandiyalı pilot hazırda Avstriya komandası ilə danışıq aparır. Xatırladaq ki, Bottasın “Mersedes”lə müqaviləsi mövsümün sonunda başa çatır.  Yayılan məlumatılara görə, “Mersedes” “Uilyams”da çıxış edən Corc Rassellin xidmətində maraqlıdır. Bununla yanaşı Valtterinin “Alfa Romeo”da Kimi Raykkoneni əvəz edə biləcəyi və ya “Uilyams”a keçə biləcəyi haqda şayiələr dolaşır.

CANLI YAYIM