Voleybol millimiz Avropa çempionatına hazırdır

18 Avqust, 12:45 Sosial mediada paylaşın:
Qadın voleyboçuların Avropa çempionatında  24 komanda 4 qrupda mübarizə aparacaq. Millmiz Belçika, Fransa , Bosniya və Herseqovina, Serbiya və  Rusiya  yığmaları ilə eyni qrupda yarışacaq. Qrup oyunları Serbiyanın payxatı Belqardda olacaq. Yunanıstan, Macarıstan, eləcə də Bosniya və Herseqovina toplanışından sonra voleybolçularımız artıq yarışın keçiriləcəyi Serbiyadadır.  Komandamızın bəzi üzvləri zədə səbəbindən Avropa çempionatında iştirak etməyəcək. Bunun əvəzində  Baş məşqçi Vüqar Əliyev heyətə 4 gənc voleybolçu daxil edib. Millimizin heyətində  Ayşən Abduləzimova, Olena Xarçenko,  Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər. 
Millimiz tarixində 9-cu dəfə Avropa çempionatında iştirak edəcək Komandamız mötəbər yarışa Belçika yığması ilə oyunla start verəcək. Qarşılaşma avqustun 20- ə təyin olunub. Bir gün sonra Bosniya və Herseqovina seçməsilə qarşılaşacaq yığmamız avqust 22-də Rusiya kollektivi ilə üz-üzə gələcək. Voleybolçularımıızn serbiyalı rəqibləri ilə görüşü avqustun 24-də olacaq.  Komandamızı qupda sonuncu oyununu avqust 25-i Fransa yımasına qarşı keçiriləcək. Qrup mərhələsində ilk 4 yeri tutan komanda pley ofa yüksələcək. Yarış sentyabrın 4-də başa çatacaq.
 

CANLI YAYIM