Dünya birinciliyi: güləşçilərimizdən daha iki medal

19 Avqust, 11:45 Sosial mediada paylaşın:
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya birinciliyi keçirilir.
Turnirin 3-cü günü sərbəst güləşçilərimizdən daha ikisi medal qazanıb. 74 kq-da çıxış edən Turan Bayramov bürünc mükafat uğrunda Rusiya idmançısına qalib gələrək fəxri kürsüyə qalxıb. Saqadulla Ağayev isə 86 kq-da bürünc medal uğrunda qarşılaşmada Türkiyə atletindən üstün olub. 61 kq çəkidə çıxış edən Əbülfəz Nəsirov, 125 kq-da Aydın Əhmədov isə eyni mərhələdə uduzaraq mükafatçılar sırasına düşə bilməyiblər. Beləliklə sərbəst  güləşçilərimiz dünya birinciliyini 3 gümüş, 2 bürünc medalla tamamlayaraq komanda hesabında 4-cü olublar. Seçməmiz İran, Rusiya və Amerika Birləşmiş Ştatlarından geri qalıb.

CANLI YAYIM