Qadın güləşçimiz dünya çempionatında bürünc medal qazandı

20 Avqust, 11:30 Sosial mediada paylaşın:
Qadın güləşçimiz Jalə Əliyeva Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.
59 kq çəki dərəcəsində mübarizə aparan idmançı hindistanlı Kusum Kusumla qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Əliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən 65 kq çəkidə yarışan Zirəddin Bayramov, 70 kq çəkidə mübarizə aparan Cəbrayıl Hacıyev  və 79 kq çəkidə Əşrəf Aşırov gümüş, 74 kq-da Turan Bayramovla 86 kq-da Saqadulla Ağayev bürünc medal qazanıb.

CANLI YAYIM