Voleybol millimiz Avropa çempionatında mübarizə başlayır

20 Avqust, 13:55 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət milli komandamız tarixində 9-ci dəfə Avropa çempionatının final məqhələsində mübarizə aparır. Yığmamız mötəbər turnirdə bu gün ilk oyununu keçirəcək. Rəqib Belçika seçməsidir. Millmiz Belçika, Fransa , Bosniya və Herseqovina ,Serbiya və  Rusiya  yığmaları ilə eyni qrupda yarışacaq. Qrup oyunları Serbiyanın payxatı Belqardda olacaq. Yunanıstan, Macarıstan, eləcə də Bosniya və Herseqovina hazırlıq keçən komandamızın üzvləri Avropa çempionatında inamla mübarizə əzmindədir.
Millimizin üzvü Kristina Besman mətbuata açıqlamasında bunları söyləyib: "2 ay ərzində yaxşı hazirliq keçdik. Yoxlama oyunlarında qüvvəmizi sınadıq. Bildiyiniz kimi bizim komandada bəzi deyişiklilər oldu. Milliyə çoxlu gənc oyunçular cəlb edilib. Amma biz məqsədimizdən əl çəkmirik. Məqsədimiz qrupdan cixmaqdi. Buna çatmaq ucun əlimizdən gələni edəceyik. Keyfiyyətli və emosional oyunlar göstərəcəyik. Bu oyunlarda komandamiza ugurlar arzulayiram".
Avropa çempionatının final mərhələsində hərəsində 6 olmqla 24 komanda 4 qrupda çıxış edir. Qruplarda ilk 4 yeri tutan millilər pley ofa yüksələcək. Yarış sentyabrın 4-də başa çatacaq.

CANLI YAYIM