Soltanova bürünc medal qazandı, Məmmədov finala yüksəldi

21 Avqust, 09:34 Sosial mediada paylaşın:
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.Elnurə Məmmədova təsnifat mərhələsində monqolustanlı həmkarına məğlub olub.Yarışa 1/4 finaldan qoşulan Birgül Soltanova Qırğızıstan güləşçisiylə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Hindistan təmsilçisiylə qarşılaşan Birgül 5:0 hesabıyla öndə olsa da, yekunda üstünlüyü əldən verib və ümidini bürünc medala bağlayıb. Avqustun 20-də Almaniya güləşçisiylə həlledici görüşə çıxan Soltanova rəqibini "tuşe" ilə üstələyərək dünya üçüncüsü olub.Sərxan Məmmədov isə ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb. Yunanıstan təmsilçisiylə gərgin keçən mübarizədən də qalib ayrılan Sərxan finala yüksəlib.

CANLI YAYIM