Yunan-Roma güləşçilərimiz dünya çempionatında iki medal qazanıblar

22 Avqust, 09:13 Sosial mediada paylaşın:
Rusiyanın Ufa şəhərində keçirilən gənc güləşçilərin dünya çempionatında yunan-Roma güləşi üzrə millimiz iki medal qazanıb.
Güləşçimiz Elmir Əliyev (55 kq) 1/8 final mərhələsində iranlı həmkarı ilə gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxıb və Türkiyə idmançısına qalib gəlib. Həlledici qarşılaşmada Qazaxıstan təmsilçisinə də gücünü göstərən E.Əliyev dünya çempionatının bürünc medalını boynundan asıb.
Millimizin üzvü Sərxan Məmmədov (130 kq) ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. S.Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb. Yunanıstan təmsilçisi ilə gərgin keçən mübarizədən də qalib ayrılan S.Məmmədov finala yüksəlib. Birinci yer uğrunda görüşdə son Avropa çempionu ilə qarşılaşan güləşçimiz türkiyəli rəqibinə məğlub olub və dünya çempionatının gümüş medalını qazanıb.

CANLI YAYIM