Güləşçimiz erməni rəqibini məğlub edərək dünya çempionu oldu

23 Avqust, 10:33 Sosial mediada paylaşın:
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya birinciliyi başa çatıb.
Yarışın sonuncu günündə 2 idmançımız medal qazanıb. Yunan-roma güləşçilərimizdən 67 kq-da Həsrət Cəfərov finalda erməni Sahak Hovanisyanla qarşılaşıb. Cəfərov rəqibinə aman verməyib. O, 7:0 hesablı qələbə sayəsində dünya çempionu olub. Beləliklə Azərbaycan seçməsi dünya birinciliyində ilk qızıl medalını əldə edib. 60 kq çəkidə isə Nihat Məmmədli özbəkistanlı Şərməhəmməd Şaribcanova 5:1 hesabilə qalib gələrək bürünc mükafat qazanıb. Bununla seçməmiz dünya birinciliyini 1 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurub. Yunan-roma güləşçilərindən ibarət komandamız ümumi siyahıda 3-cü olub. İdmançılarımız yalnız Rusiya və İran pəhləvanlarından geri qalıblar. Sərbəst güləşçilərimiz isə komanda hesabında 4-cü yeri tutmuşdu.

CANLI YAYIM