Sərbəst güləşçilər dünya çempionatına Mahaçqalada hazırlaşır

18 Oktyabr, 13:12 Sosial mediada paylaşın:
Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir.
 
Oktyabrın 10-da bu ölkənin paytaxtı Mahaçqalada startı verilən TMT 23 yaşadək güləşçilərin dünya çempionatına hazırlıq xarakteri daşıyır. Ayın 23-dək davam edəcək hazırlıq prosesində yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında müvafiq komandamız yerli güləşçilərlə birgə toplanış keçir.
 
Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

CANLI YAYIM