Tarixin ən qısamüddətli yarışını Ferstappen qazandı

30 Avqust, 17:30 Sosial mediada paylaşın:
Bir aylıq fasilədən sonra Formula 1 üzrə dünya çempionatı Belçika Qran-prisi ilə start  götürüb.  Amma Spa avtodromundakı yarış nə pilotların, nə də azarkeşlərin ürəyincə olub. Güclü yağış səbəbindən yarış cəmi 3 dövrə çəkib. Pilotlar Qran-prinin növbəti günə keçirilməsini istəsə də, Formula 1 bəyanat yayaraq bunun mümkünsüz olduğunu bildirib.  Tarixin ən qısamüddətli yarışı kimi yaddaşlarda qalacaq qran-prini Maks Ferstappen qazanıb.  Təsnifat mərhələsində rəqiblərini qabaqlayan“Red Bull” pilotu son qət etdiyi dövrədə digərlərindən irəlidə olduğuna görə yarışın da qalibi elan edilib. Ondan bir saniyə geri qalan “Uilyams” sürücüsü Corc Rassell 2-ci, “Mersedes” pilotu Lüis Hemilton 3-cü olub. Yarışdan sonra bəzi pilotlar 3 dövrəlik mübarizəyə görə pilotlarara xal verilməməli olduğunu söyləsə də, beynəlxalq avtomobol federasiyası yarışı baş tutmuş elan edib. Bu da pilotların ənənəvi xal alması ilə nəticəliənib.
Beləliklə də, Belçika Qran-prisindən sonra Lüis Hemilton 202,5 xalla şəxsi birincilikdə mövqeyini qoruyub. Yarışın qalibi olan Maks Ferstappen britaniyalı rəqibindən 3 xal geridə qalır.  “Maklaren” pilotu Lando Norris isə 113 xalla 3-cü yerdədir. Mühəndislər Kubokunda da sıralamada dəyişiklik baş verməyib.  “Mersedes” 310,5 xalla liderliyini davam etdirir.  “Red Bull” ikinci,  “Maklaren” üçüncüdür.  Növbəti yarış həftəsonu Niderlandda keçiriləcək.

CANLI YAYIM