Avropa çempionatı: Rauf Məmmədov liderliyə yüksəldi

1 Sentyabr, 11:30 Sosial mediada paylaşın:
İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında növbəti oyunlar olub.
Azərbaycan şahmatçısı Rauf Məmmədov 6-cı turda qələbə qazanıb. Qrossmeystrimiz fransalı Maksim Laqardı məğlub edib. Bu nəticə ilə xallarının sayını 5 xal yarıma çatdıran Rauf Məmmədov liderliyə yüksəlib. Digər şahmatçılarımız - Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov isə macarıstanlı Viktor Erdosla heç-heçə edib. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir

CANLI YAYIM