Rauf Məmmədov məğlubiyyətsiz irəliləyir

3 Sentyabr, 11:20 Sosial mediada paylaşın:
İslandiyanın paytaxtı Reykyavik şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatının səkkizinci turunun oyunları keçirilib. Təmsilçimiz Rauf Məmmədov bu turda rusiyalı Anton Demçenko ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb. Turnir cədvəlinin liderlərindən olan Rauf qitə çempionatında məğlubiyyətsiz irəliləyir. Digər şahmatçılarımızdan Nicat Məmmədov polşalı, Aydın Süleymanlı Almaniyalı, Riad Səmədov İslandiyalı rəqibilə xalı yarı bölüb. Nicat Abbasov isə gürcüstanlı şahmatçıya uduzub. Qeyd edək ki, Rauf Məmmədov 6 xal yarımla ilk ikilikdə qərarlaşıb. Nicat Məmmədov isə liderdən cəmi yarım xal geri qalaraq 3-8-ci yerləri bölüşür. Digər şahmatçılarımız Nicat Abbasov, Aydın Süleymanlı və Riad Səmədov 4 xal yarım toplayıblar.

CANLI YAYIM