Raykkonen mövsümün sonunda karyerasını bitircək

3 Sentyabr, 14:51 Sosial mediada paylaşın:
“Alfa Romeo” pilotu Kimi Rayykonen mövsümün sonunda Formula 1 karyerasını başa vuracaq.
Bu barədə finlandiyalı sürücünün özü sosial şəbəkə vasitəsilə ictimaiyyəti məlumatlandırıb. 41 yaşlı sürücü  belə bir qərarı qəbul etməkdə çətinlik çəkdiyini bildirib. O, bundan sonra başqa sahələrdə çalışmaq istədiyini sözlərinə əlavə edib.  Xatırladaq ki, Kimi Formula 1 karyerasına 2001-ci ildə “Zauber” komandasında başlayıb. Bir il bu kollektivin heyətində çıxış etdikdən sonra Raykkonen “Maklaren”ə keçib. 2006-cı ilə qədər Britaniya komandasında çıxış edən finlandiyalı sürücü Fernando Alonso ilə amansız rəqabətə girişməklə Formula 1 tarixində yeni səhifə açmışdı. 2007-ci ildə “Ferrari”yə keçən məşhur pilot nəhayət ki, arzusuna çatır. İtaliya komandasının heyətində keçirdiyi ilk mövsümdə çempionluq sevinci yaşayır. Maraqlıdır ki, 2010-cu ilə qədər “Ferrari”də çıxış edən Kimi 2 il ralli yarışlarında qüvvəsini sınayır.  O, 2012-ci ildə yenidən Formula 1-ə qayıtsa da, bu dəfə əvvəlki əzəməti ilə yadda qalmır. Müxtəlif illərdə “Lotus” və “Ferrari”də çıxış edən skandinaviyalı son iki mövsümdə “Alfa Romeo”nun uğurları üçün çalışırdı. Qeyd edək ki, Raykkonen bu günə qədər 21 Qran-prinin qalibi olub, 18 dəfə poul-pozişnı ələ keçirib və 103 dəfə fəxri kürsüyə yüksəlib.

CANLI YAYIM