Kişi voleybolçuların Avropa çempionatına start verilib

3 Sentyabr, 16:30 Sosial mediada paylaşın:
Kişi voleybolçuların Avropa çempionatına start verilib. Qrup mərhələsində ilk turun oyunları keçirlir.
C qrupunda mübarizə aparan Türkiyə millisi ilk turda Rusiya seçməsindən üsütn olub. Gərgin keçən birinci hissəni Türkiyə yığması xeyrinə başa vurub: 29:27. Sonrakı hissədə 25:16 hesabı ilə qalib gələn Rusiya yığması setlərdə bərabərliyi təmin edib. 3-cü hissədə yenidən toparlanan “Ay ulduzlular” əvvəlvə 25:21 , daha sonra 25:19 hesabı ilə qələbə qazanıb. Beləliklə rəqibini 3:1 hesabı ilə məğlub edən Türkiyə voleybolçuları qitə çempionatına uğurla start veriblər.  Qardaş ölkənin millisi ikici turda İspaniya yığması ilə qarşılaşacaq.  Yeri gəlmişkən Priney təmislçiləri ilk turda Niderland seçməsinə hər 3 setdə uduzublar.
Polşa – Portuqaliya görüşü də 4 set davam edib. A qrupunda mübarizə aparan bu komandaların dulei polşalıların qələbsilə yekunlaşıb. İlk iki setdən sonra hesabda bərabərlik qeydə alınıb. Əvvəlcə Polşa millisi 25:16, daha sonra portuqallar 25:22 hesabı ilə üstün olublar. Növbəti iki setdə isə    Polşa voleybolçuları inamlı çıxış ediblər. 25:16 və 25:19.  Digər oyunlarda Ukrayna komandası Yunanıstan seçməsinə 3:2 hesabı ilə qalib gəlib. Belçika kollektivi isə Serbiya miliisini ilə görüşdə qələbəyə sevinib - 3:1.

CANLI YAYIM