I MDB oyunlarında millimiz daha 4 medal qazanıb

7 Sentyabr, 11:25 Sosial mediada paylaşın:
I MDB Oyunlarında iştirak edən Azərbaycan koreşçisi Feyziyev mütləq çəkidə mübarizə aparıb. O, final qarşılaşmasında özbəkistanlı İlesbek Obiconova qalib gələrək qızıl medal qazanıb.
Koreş komandamızın digər üzvü Elvar Nəhmətzadə isə 60 kq çəkidə yarışıb. O, Rusiya və Özbəkistan idmançıları ilə görüşlərin yekununda 3-cü yeri tutaraq bürünc mükafat əldə edib.
Daha bir koreşçimiz 85 kq çəki dərəcəsində Əlisəftər Məmmədli gümüş medal qazanıb. O, finalda Rusiya təmsilçisi Vadim Vasilyevə uduzub.
Basketbolun 3X3 növündə çıxış edən milli komandamız isə bürünc medala sahib olub. Yarımfinalda Rusiya seçməsinə 17:21 hesabı ilə uduzan millimiz 3-cü yer uğrunda görüşdə Özbəkistan kollektivi ilə qarşılaşıb. Bu dəfə 14:13 hesabı ilə üstün olan idmançılarımız MDB Oyunlarını bürünc medallarla bitiriblər.
Bununla da Azərbaycanın qazandığı medalların sayı 26-ya yüksəlib. Onlardan 7-si qızıl, 5-i gümüş, 14-ü bürünc əyarlıdır.

CANLI YAYIM