Valtteri Bottas "Mersedes"i "Alfa Romeo"ya dəyişib

7 Sentyabr, 16:50 Sosial mediada paylaşın:
Formula 1-də mübarizə aparan “Alfa Romeo” komandası “Mersedes” pilotu Valtteri Bottası transfer etdiyini açıqlayıb.
Finlandiyalı pilot növbəti mövsümdən İsveçrə komandasında çıxış edəcək. Müqavilənin şərtləri ilə bağlı ictimaiyyətə heç bir açıqlama verilməsə də, mətbuat Bottasla uzunmüddətli müqavilə imzalıandığını yazıb. Məsələ ondadır ki, “Alfa Romeo” təkcə Valtteri Bottasla kifayətlənmək istəmir. Bəzi mənbələrin yazdığına görə, “Haas” komandasında çıxış edən Mixael Şumaxerin oğlu Mik Şumaxer də 2022-ci ildən bu komandaya keçə bilər.  Yeri gəlmişkən, Valtterinin gedişindən sonra “Mersedes”də növbəti mövsümdən Corc Rassellin çıxış edəcəyi haqda məlumatlar yayılıb. Elə Almaniya komandasının rəhbərliyi də dəfələrlə “Uilyams” pilotuna maraq göstərdiklərini açıqlayıb. Böyük ehtimalla, yaxın günlərdə “Mersedes” bu keçidi rəsmiləşdirəcək.  “Uilyams” isə “Red Bull”un sabiq üzvü Aleksandr Albonla anlaşmağa yaxındır.

CANLI YAYIM