Azərbaycan idmançılarının I MDB oyunlarında uğurlu çıxışı davam edir

8 Sentyabr, 15:21 Sosial mediada paylaşın:
1-ci MDB oyunlarında mübarizə aparan idmançılarımızın uğurlu çıxışı davam edir.
Samboçularımızdan Toğrul Salmanov 98 kq-dan yuxarı çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəsul Aydəmirov isə gümüş medalla kifayətlənib. Bundan başqa stend atıcımız Cavid Həsənov qızıl medal qazanıb. Tayboksçularımızdan isə Əli Əliyev 60, Məhər Əsədzadə 63,5 kq çəkidə bürünc medalın sahibi olub.

CANLI YAYIM