"US Open" yarışında yarımfinalçılar müəyyənləşir

8 Sentyabr, 17:30 Sosial mediada paylaşın:
Tennisçilərin “Böyük Dəbilqə” seriyasında “US Open” yarışında 1/4 finala start verilib. Kişilərin turnirində iddialılardan Daniil Medvedev niderlandlı Van De Zanşulpa gözlənildiyi kimi qalib gəlib. Qarşılaşma 4 set davam edib. Medvedev yalnız 3-cü setdə 4:6 hesabilə uduzub. Qalan bölümlərdə 6:3, 6:0 və 7:5 hesabları ilə qalib glib. 
Ən gənc tennisçilərin mübarizəsində kanadalı Feliks Oje Alyasimlə ispaniyalı Karlos Alkaras qarşılaşıb. İlk seti Alyasim 6:3 hesabı ilə xeyrinə başa vurub. 2-ci hissədə Karlos Alkaras zədəyə görə mübarizəni davam etdirə bilməyib. Beləliklə kanadalı idmançı yarımfinalda Daniil Medvedevlə görüşəcək. 
Qadınların yarışına gəlincə, ukraynalı Elina Svitolina reytinqdə aşağı sıralarda gedən kanadalı Leyla Fernandesə gözlənilmədən uduzub.
Belarusku Arina Sabalenka isə sensasiyaya imkan verməyib. O, Barbora Kreyçikovanı mübarizədən kənarlaşdırıb. Sabalenkanın yarımfinalda rəqibi Leyla Fernandes olacaq. 

CANLI YAYIM