I MDB oyunları: komandamızdan daha 5 medal

9 Sentyabr, 11:02 Sosial mediada paylaşın:
Azərbaycan tayboksçusu Rəvan Ağazadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi ilə qüvvəsini sınayıb. Rəqibinə məğlub olan Ağazadə ikinci yeri tutub. Qadın tayboksçumuz Leyana Sayer də eyni nəticə göstərib. 51 kq-da yarışan idmançı həlledici görüşdə belaruslu rəqibilə qarşılaşıb. Məğlub olan Sayer gümüş medalla kifayətlənib.
Azərbaycanın yeniyetmə və gənc badmintonçulardan ibarət millisi I MDB Oyunlarında sonuncu görüşünü keçirib. komanda qrup mərhələsinin 5-ci turunda Qazaxıstan yığmasına 4:1 hesabı ilə qalib gəlib. Turnir cədvəlini 2-ci sırada başa vuran seçməmiz komamnda yarışlarında gümüş medala layiq görülüb.
Oğlanlar və qızlardan ibarət stolüstü tennis millimiz yarışda üçüncü yeri tutub. Oğlanlardan ibarət yığmanın tərkibində Adil Əhmədzadə, Emin Məmmədov, Vəzir Allahverdiyev və İbrahim Məhəmməd Ansari müabrizə aparıb. Qadınlarda isə Ləman Abdulhəmidova, Aylin Əsgərova, Nəzakət Qarayeva və Mərziyyə Nurmətova yarışıb.

CANLI YAYIM