Şahmatçıların onlayn Olimpiadası başlandı

9 Sentyabr, 11:07 Sosial mediada paylaşın:
Şahmat üzrə Azərbaycan yığması onlayn olimpiadada mübarizəyə başlayıb.
Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarət millimiz yarışın ilk günündə 3 görüş keçirib. Təmsilçilərimiz İsveç kollektivilə mübarizədə böyük hesabla qalib gəliblər. 5 xal yarım – yarım xal. İkinci qarşılaşmada Şençjen komandası ilə qarşılaşan seçməmiz heç-heçə edib - 3:3. Şahmatçılarımız sonuncu görüşdə Macarıstan yığması ilə yarışıb və 2:4 hesabı ilə uduzublar. Qeyd edək ki, ehtiyat heyətdə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayevanın adı var. Qrupda ilk iki pilləni tutan komanda pley-offa vəsiqə qazanacaq. Bu qrupda Fransa, Moldova, Hindistan, Sloveniya, Belarus və Misir yığmaları da mübarizə aparır.

CANLI YAYIM