"US Open: yarımfinalçılar məlumdur

9 Sentyabr, 17:30 Sosial mediada paylaşın:
Böyük Dəbilqə seriyalı “US Open” turniri yekunlaşmaq üzrədir. Artiq ¼ final mərhələsi başa çatıb. Qadınların mübarizəsində maraqlı nəticələr qeydə alınıb. Britaniyalı Emma Radukanu olimppiya çempionu isveçrəli Belinda Bençiçlə qarşılaşıb. Görüş 1 saat 25 dəqiqə davam edib. İlk stedə 6:3 hesabı ilə qələbə qazanan 18 yaşlı raketka ustası növbəti hissədə də Bençiçi məğlub edib. İnamla irəliləyən Radukanu yarımfinaldadır.
Yunanıstanlı Maria Sakkari çexiyalı Karolina Plişkova ilə üz-üzə gəlib. Hər iki stedə rəqibini 6:4 hesabı ilə üstələyən yunanıstanlı tennisçi mərhələ adlayıb.
Kişilərin mübairzəsində isə ATP reytinqinin lideri Novak Cokoviç italiyalı Matteo Berrettiniyə qalib gələrək yarımfinala çıxıb. Almaniyalı Aleksandr Zeverev cənubi afrika respublikasindan olan Lloyd Corc Harrislə mübarizə aparıb. Hər 3 setdə qələbə qazanan Zverev adını yarımfinalçılar siyahısına yazdırıb.

CANLI YAYIM