Bottas İtaliyada təsnifat mərhələsinin qalibi olub

11 Sentyabr, 09:35 Sosial mediada paylaşın:
Formula 1 üzrə İtaliya Qran-prisinin təsnifat mərhələsi geridə qalıb. Bir neçə gün əvvəl mövsümün sonunda “Alfa Romeo” keçəcəyi rəsmiləşən Valtteri Bottas cümə günü keçirilən yarışda rəqiblərini qabaqlayıb. Amma komandanın mühəndislərinin finlandiyalı pilotun bolidinin mühərrikini dəyişməsi qayda pozuntusuna səbəb olub. Reqlamentə əsasən, Bottas bazar günü keçiriləcək əsas yarışa o, son sıradan başlayacaq. Bu cəzanın sprint mərhələsindəki sıralamaya təsiri yoxdur.Son iki qran-pridə uğursuzluqla üzləşdiyinə görə çempionatda liderliyini əldən verən “Mersedes” sürücüsü Lüis Hemilton təsnifat mərhələsini ikinci sırada başa vuracaq. O, komanda yoldaşından 0,096 saniyə geridə qalıb. “Red Bull” pilotu Maks Ferstappen mərhələni 3-cü sırada başa vurub. Xatırladaq ki, bu gün Montsada sprint yarışı keçiriləcək. 18:30-da start götürəcək yarış “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
 

CANLI YAYIM