Daniil Medvedev ilk "Böyük Dəbilqə" seriyalı turnirini qazanıb

13 Sentyabr, 17:19 Sosial mediada paylaşın:
Sentyabrın 13-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) kişilər arasında final görüşü keçirilib.
Ümumi mükafat fondu 57,7 milyon dollar olan turnirin həlledici görüşündə Serbiya tennisçisi Novak Cokoviç və rusiyalı Daniil Medvedev qarşılaşıblar. Görüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb - 6:4, 6:4, 6:4. Beləliklə də, rusiyalı tennisçi karyerasında ilk dəfə "Böyük Dəbilqə" seriyalı turnirin qalibi olub
Qeyd edək ki, “US Open” turnirində qadınların yarışının həlledici görüşündə İngiltərə tennisçisi Emma Radukanu və kanadalı Leyla Anni Fernandes üz-üzə gəliblər. Görüş britaniyalı idmançının qələbəsi ilə başa çatıb - 6:4, 6:3.

CANLI YAYIM