"Qarabağ" "Bazel"in müqavimətini qıra bilmədi

17 Sentyabr, 11:25 Sosial mediada paylaşın:
Avropa Konfrans liqasında qrup mərhələləsinin ilk turu başa çatıb.
Yarışdakı təmsilçimiz “Qarabağ” Bakıda İsveçrənin “Bazel” komandasını qəbul edib. Oyuna meydan sahibləri daha yaxşı başlayıblar. Ilk dəqiqələrdən irəli atılan Qarabağ futbolçuları rəqibi qapısına doğru sıxışdırıblar. Lakin onların bu fəallığı erkən qol vurmaq üçün yetərli olmayıb. Hissənin sonuna yaxın qonaqlar da təhlükəli həmlə ilə yadda qalıblar. Bu epizodda Qarabağın qolkiperi Şahruddin Məhəmmədəliyev inamlı oynayıb. Fasilədən sonra "Qarabağ" yenidən təşəbbüsü ələ alıb. Xüsusilə oyunun sonlarında komandamız yaxşı imkanlar əldə edib. Bu epizodda Marko Veşoviç diqqət mərkəzinə düşüb. 2-ci hissəyə artırilan vaxtda Ramil Şeydayev də fərqlənməyə yaxın olub. Amma onun yaxın məsafədən başla zərbəsinə Hanynts Lindler əla reaksiya verib. Beləliklə Qarabağın üstünlüyü şəraitində keçən görüş qolsuz sülhlə yekunlaşıb.
Qeyd edək ki, qrupun digər qarşılaşması "Kayrat" – "Omoniya" oyununda da qapılara top vurulmayıb. Sentyabrın 30-da 2-ci turda "Qarabağ" Kiprdə "Omoniya"nın qonağı olacaq. "Bazel" isə "Kayrat"ı qəbul edəcək.

CANLI YAYIM