Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası Moldova yığmasına böyük hesabla qalib gəlib

20 Sentyabr, 09:10 Sosial mediada paylaşın:
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.
Dünən turnirin ikinci turunun oyunları keçirilib. Yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu Moldovanın “Perfect” komandasına böyük hesabla (5,5:0,5) qalib gəlib. Qeyd edək ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib. Azərbaycanın digər qrossmeysterləri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın “Alkaloid”, Nicat Abasov isə İspaniyanın “Silla” komandasını təmsil edir. İkinci turda “Alkoloid” Sloveniyanın “Sloven Ruma” yığmasına 5,5:0,5, “Silla” isə Belçikanın “Schachfreunde Wirtzfeld” komandasına 5:1 hesabı ilə qalib gəliblər. Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

CANLI YAYIM