"Neftçi" 3 cavabsız qolla qələbə qazanıb

20 Sentyabr, 09:22 Sosial mediada paylaşın:
Azərbaycan çempionatında 4-cü turun daha bir oyunu olub.
Çempion “Neftçi” “Bakcell Arena”da “Keşlə”ni qəbul edib. İlk qol 36-cı dəqiqədə vurulub. Sezar Meza Kolli meydan sahiblərini önə çıxarıb. 1-ci hissə minimal hesabla başa çatıb. Fasilədən sonra “Keşlə” qapısında daha 2 top görüb. 50-ci dəqiqədə “Neftçi”nin yeni transferi Ramon Maçado fərqi artırıb. 68-ci dəqiqədə İsmayıl Zülfüqarlı mübarizəyə nöqtə qoyub. “Neftçi” - “Keşlə” 3:0.  Xallarının sayını 7-ə  çatdıran “ağ qaralar” hazırda ilk 3-lüyü tamamlayırlar. “Keşlə” isə 4 turdan xal qazana bilməyib. Sənan Qurbaovun komandası çempionatın autsayderidir. 

CANLI YAYIM