Mahir Emreli fərqləndi, "Legiya" qələbə qazandı

20 Sentyabr, 09:25 Sosial mediada paylaşın:
Futbolçumuz Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşa çempionatının 8-ci turunda “Qurnik Lençna”nı qəbul edib.
Millimizin üzvü ilk 11-likdə meydana çıxmayıb. İlk hissə Varşava klubunun xeyrinə bitib. 11-ci dəqiqədə hesab açılıb. Pavel Baranovskinin avtoqolu “Legiya”ya üstünlük qazandırıb. 27-ci dəqiqədə Ernest Muçi fərqi artırıb. Fasiləyə kimi qonaqlar qollardan birinin əvəzini çıxıblar. Bartoş Şpiaçka penaltini dəqiq yerinə yetirib. 2-ci yarıda “Legiya”nın heyətində Mahir Mereli Tomaş Pekhartın yerinə meydana daxil olub. Futbolçumuz 79-cu dəqiqədə komandasının üstünlüyünü möhkəmlədib. Bununla 24 yaşlı hücumçumuz Polşa çempionatında qol hesabını açıb. “Legiya” 3:1 hesablı qəıəbə sayəsində xallarının sayınl 9-a çatdıraraq 12-ci pilləyə qaıxıb. Turnir cədvəlinə 18 xalla “Lex” Poznan başçılıq edir. 

CANLI YAYIM