Bədii gimnastlarımız Monteneqroda 6 medal qazanıb

20 Sentyabr, 13:55 Sosial mediada paylaşın:
Bədii gimnastlarımız Monteneqronun Budva şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər. Komandamız 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Ən çox mükafata Kamilla Seyidzadə sahib olub. Lentlə icra etdiyi proqramda fəxri kürsünün ilk pilləsinə qalxan gimnastımız gürzlərlə çıxışda gümüş medala layıq görülüb. O,  çoxnövçülük və halqa ilə proqramında isə bürünc mükafata layiq görülüb. Kamilla daha bir bürünc medalı Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib. Öz növbəsində, Gözəlova topla hərəkətlərdə mübarizəni 3-cü yerdə başa vurub.
Tamblinqçilərimiz Odessa şəhərində keçirilən Ukrayna Kuboku turnirində iştirak ediblər. Yarışda ölkəmizi Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Elnur Məmmədov və Aleksey Karataşov təmsil edib. İdmançılarımız arasında ən yaxşı nəticəni Tofiq Əliyev göstərərək. O, yarışda ikinci yeri tutub.
Sentyabrın 29-da İtaliyanın Pezaro şəhərində keçiriləcək akrobatika üzrə Avropa çempionatı üçün milli komandamıznın heyəti açıqlanıb. 5 davam edəcək yarışda 7 idmançı bacarığını nümayiş etdirəcək.  Raziyə Seyidli və Ağasif Rəhimov qarışıq cütlük proqramında çıxış edəcək. Qadın qrupunda Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə, kişi cütlüyü proqramında isə Daniel Abbasov və Murad Rəfiyev mükafatlar uğrunda mübarizə aparacaq.

CANLI YAYIM