"Qalatasaray" və "Fənərbağça" məğlub oldu

20 Sentyabr, 17:44 Sosial mediada paylaşın:
Türkiyə Superliqasının 5-ci turunda “Qalatasaray” doğma meydanda “Alanyaspor”la qarşılaşıb. Son oyunlarda xal itkisinə məruz qalan meydan sahibləri bu dəfə də azarkeşlərini sevindirə bilməyiblər. İlk hissədə komandalar  çox çalışsalar da bir-birinin müqavimətini qıra bilməyiblər. Fasilədən sonra isə vurulan bir qol matçın taleyini həll edib. 87-ci dəqiqədə Daniel Kandebias “Alanyaspor”a qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 9 çatdıran “Alanyaspor” “Qalatasaray”ı qabaqlayaraq 8-ci pilləyə yüksəlib.
Tuurn daha bir maraqla gözlənilən oyununda İstanbulun iki təmsçilçisi “Başakşəhər”  və  “Fənərbağça” kollektivləri üz-üzə gəliblər. Bu mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən qonaqlar gözlənilmədən məğlub olublar. Hesab 16-cı dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində  Stefano Okakanın vurduğu qol sayəsində komanda ilk hissəni minimal üstünlüklə başa vurub. Fasilədən sonra məğlubiyyətdən  xilas olmağa çalışan “Fənərbağça” futbolçularının cəhdləri nəticəsiz qalıb. Əvəzində  “Başakşəhər” ikinci topu “Fənərbağça”nın qapısından keçirib. Fredrik Gulbrandsen yekun nəticəni müəyyənləşdirib. Beləliklə, 2:0 hesabilə qələbə qazanan  “Başakşəhər” 5 turdan sonra ilk qələbəsini qazanıb. Komanda bu nəticə ilə 18-ci yerədədir.  Bu mövsümdə ilk dəfə məğlub olan “Fənərbağça” isə iki pillə geriləyərək 6-cı sıraya enib. Turnir cədvəlinə 13 xalı olan “Beşikrtaş”  başçılıq edir.

CANLI YAYIM