Renat Dadaşov "Braqa" ilə oyunda fərqlənib

21 Sentyabr, 15:41 Sosial mediada paylaşın:
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Tondela"nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub.
22 yaşlı hücumçu "Braqa"ya 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyununda fərqlənib. Dadaşov komandasının yeganə qoluna 86-cı dəqiqədə imza atıb. Qeyd edək ki, "Tondela" 6 oyundan sonra 3 xalla 16-cı, "Braqa" isə 11 xalla 5-ci pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.

CANLI YAYIM