U-21 yığmasının növbəti oyunlarının stadionu müəyyənləşib

22 Sentyabr, 12:30 Sosial mediada paylaşın:
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib. 
Millimiz noyabrın 12-də Avstriya, 16-da isə Norveç komandası ilə qarşılaşacaq. Hər iki görüş “Bakcell Arena”da keçirləcək. Oyunların başlama saatı hələlik dəqiqləşdirilməyib.

CANLI YAYIM