Respublika stadionunun ot örtüyü bərpa olunur

22 Sentyabr, 13:30 Sosial mediada paylaşın:
Ölkəmizin əsas futbol arenalarından biri olan Tofiq Bəhramov adına respublika stadionunun ot örtüyü isə yavaş-yavaş əvvəlki səviyyəyə gətirilir.
Stadiondan verilən məlumata görə, intensiv aparılan texniki qulluq sayəsində qazon normal vəziyyətə qaytarılıb. Bir həftədən sonra isə stadionun ot örtüyü həmişəki görkəminə qayıdacaq. Xatırladaq ki, “Qarabağ”ın avrokuboklarda ev oyunlarını keçirdiyi Respublika stadionunun qazonu yay aylarında sıradan çıxmış və UEFA bu səbəbdən Ağdam təmsilçisinin Konfrans Liqasının ilk turunda “Bazel”lə görüşünün burada keçirilməsinə icazə verməmişdi. Həmin oyunu “Olimpiya Stadionun”da keçirən “Qarabağ”ın növbəti ev oyunlarını məhz respublika stadionunda oynayacağı gözlənilir.  

CANLI YAYIM