"Atletiko" Suaresin dublu ilə qələbə qazanıb

22 Sentyabr, 15:30 Sosial mediada paylaşın:
İspaniya çempionu “Atletiko” Madrid La liqanın 6-cı turunda “Xetafe”nin qonağı olub. Meydan sahibləri hissənin tamamında irəli keçiblər. Stefan Mitroviç fərqləmib. Lakin fasilədən sonra “Atletiko” dönüş etməyə nail olub. 74-cü dəqiqədə “Xetafe”nin heyətində Karlos Aleniya qırmızı vərəqəylə cəzalanıb.  Say üstünlüyü qazanan Madrid klubu Luis Suares sayəsində hesabı bərabərləşdirib. Uruqvaylı futnpççu 90-cı dəqiqədə dubl edərək “Atletiko”yq 2:1 hesablı qələbə qazandırıb. Dieqo Simeonenin komandası xallarının süyını 14-ə çatdıraraq zirvəyə qalxıb. 
“Atletik” – “Rayo Valyekano” matçında da qonaqlar eyni hesablı qələbəyə seviniblər. 5-ci dəqiqədə qonaqlardan Alvaro Qarsiya rəqub qapısına yol tapıb. 33-cü dəqiqədə “Rayo Valyekano”nun heyətində Pate Sis avtoqol müəllifi olub - 1:1. Görüşün taleyini həll edən qol sona yaxın vurulub. 2-ci hissəyə artırılmış 6-cı dəqiqədə qonaqların yeni transferi Radamel Falkao yekun nəticəni müəyyənləşdirib. “Atletik” - “Rayo Valyekano” 1:2 
“Levante” – “Selta” oyununda da qonaqlar qələbəyə seviniblər Yaqo Aspas və Brais Mendes “Valensiya” təmsilçisini məyus edib. 

CANLI YAYIM