Formula 1 yarışları yağışlı havada da keçirilə bilər

22 Sentyabr, 17:30 Sosial mediada paylaşın:
Formula 1 yarışları yağışlı havada da keçirilə bilər.
Bu barədə Beynəlxalq Avtoidman Federasiyasının prezidenti Jan Todt məlumat verib. Onun sözlərinə görə, belə çətin şəraitdə pilotlara yarışmağa imkan vermək lazımdır. 2025-ci ildə yeni texniki reqlamentə bu qaydanın əlavə ediləcəyi gözlənilir. Xatırladaq ki, avqustun 29-da Belçika Qran-prisi güclü yağış səbəbindən 3 dövrə keçirilmişdi. Ferstappenin qalib elan edildiyi yarışdan sonra Formula 1 pilotları Beynəlxalq Avtomobil Federasiyasını tənqid etmişdi.

CANLI YAYIM