"Vüqar Həşimov" komandası qalib gəldi, Şəhriyar Karlsenlə sülh bağladı

23 Sentyabr, 10:12 Sosial mediada paylaşın:
Avropa kubokunda ölkəmizi təmsil edən Vüqar Həşimov klubu 5-ci turda Fransa komandası üzərində inamlı qələbə qazanıb. Klubun heyətində Rauf Məmmmədov, Kiril Şevçenko, Ülvi Sadıxov, Əhməd ƏHmədzadə və Murad İbrahimli qələbə qazanıblar. Yalnız Aydın Sülymanlı rəqibi ilə ilə sülh bağlayıb.
Makedoniyanın “Alkoloid” klubunda çıxış edən Şəhriyar Məmmədyarov norveçli dünya şempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib. Qeyd edək ki, digər 5 görüşdə “Alkoloid” şahmatçıları Norveç təmsilçilərini məğlub ediblər. İspnaiyanın “Silla” komandasında yarşan Nicat Abbasov isə israilli Mixail Roizlə sülh bağlayıb. Amma onun komandası qələbə qazanıb. 5 turdan sonra Silla 9 xalla liderlər qrupunda qərarlaşıb. “Alkoloid” liderlərdən 1, Vüqar Həşimov komandası isə 2 xal geri qalır.

CANLI YAYIM