Almaniya komandası qarışıq estafet yarışlarının qalibi olub

23 Sentyabr, 16:30 Sosial mediada paylaşın:
Velosiped idmanının şosse növü üzrə dünya çempionatı davam edir. Belçikada təşkil olunan turnridə  bu dəfə komandalar mübarizə aparıblar.  Qarışıq estafet yarışlarında Almaniya təmsilçiləri üsütn olublar.
Dünya çempionatının dördüncü günü qarışıq komandalar estafet yarışında mübarizə aparıb. Velosepedçilər bu mərhələdə 44,5 km məsafəyə yarşıblar. Maraqlı və gərgin mübarizə Almaniya komandasının qələbsilə yekunlaşıb. Toni Martin, Liza Brennauer, Mike Kreqer, Maks Valşayd, Liza Klyayn və Nikias Arndtdan ibarət kollektiv məsafəni 50 dəqiqə 49 saniyəyə qət edib. Yeri gəlmşkən, Almaniya komandasının ən təcrübəli velosipedçisi Toni Martin dünya çempionatından sonra karyerasını başa vuracağını açıqlayıb. Xatrıladaq ki, 36 yaşlı idmançı müxtəlif növlər üzrə 7 dəfə dünya çempinu adını qazanıb. Almaniya komandasından 13 saniyə geri qalan Niderland velosipedçilə ikinci yeri tutublar. İtaliya komandası isə 51,27 dəqiqə nəticə ilə dünya çempionatının bürünc medalına yiyələniblər. Dünya çempionatı sentyabrın 26-dək davam edəcək.

CANLI YAYIM