Bir vaxtlar dünyanın ən güclü tennisçilərindən sayılan Endi Marrey yenidən əvvəlki şöhrətiniqaytarmaq nəyytindədir. Britaniyalı raketka ustası Fransada təşkil oluna “Mozel Open” turnirində diqqət mərkəzinə düşüb. Strartda fransalı Yuqo Emberi mübarizədən kənarlaşdıran Marrey bu dəfə kanadalı Vaşel Pospişillə qarşılaşıb. Endi rəqibini məğlub etməkdə çətinlik çəkməyib. O, hər iki setdə 6:3 hesabı ilə qalib gəlib.
Pablo Karreno Busta da ¼ finala adlayıb. İspaniya təmsilçisi isveçli Mikael İmeri məğlub edib. İlk setdə 7:5 hesabı ilə üstün olan Pablo Karreno növbəti hissəni də xeyrinə başa vurub – 6:2. Busta yarımfinala gedən yolda danimarkalı Holqer Rune ilə üz-üzə gələcək. Mükafat fondu 419 min avro olan “Mozel open” turnirinə sentyabrın 26-da yekun vurulacaq.