Yeniyetmə güləşçilərimiz dünya çempionatında qızıl və gümüş medal qazandı

24 Sentyabr, 10:27 Sosial mediada paylaşın:
Sentyabrın 23-də Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatı keçirilib.
Mundialda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib və onların hər ikisi fəxri kürsüyə qalxıb.
Musa Ağayev ilk görüşdə macar rəqini məğlub edib. Türkiyə güləşçisiylə mübarizədə hesab açılmayıb. Rəqibin çəkisi daha az olduğu üçün qələbə ona verilib. Ancaq 3-cü qarşılaşmada Rumıniya idmançısına heç bir şans tanımayan Ağayev adını yarımfinala yazdırıb. Bu mərhələdə Rumıniyadan olan daha bir rəqibini məyus edən Musa həlledici görüşdə türkiyəli güləşçiyə uduzaraq gümüş medalı boynundan asıb.Hüseyn Əliyev startda Yunanıstan təmsilçisinə gücünü göstərib. Həmyerlimiz Rumıniya güləşçisini minimal fərqlə üstələdikdən sonra Yunanıstanın daha bir idmançısına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Moldovadan olan rəqibinə də aman verməyən Hüseyn finalda rumıniyalı idmançıya eyni aqibəti yaşadaraq dünya çempionu olub.
Qeyd edək ki, millimiz 1 qızıl və 1 bürünc medalla komanda hesabında dünya 3-cüsü olub.

CANLI YAYIM