"Qəbələ"nin legioneri 6 ay oynaya bilməyəcək

24 Sentyabr, 14:53 Sosial mediada paylaşın:
“Qəbələ”nin zədəli legionerinin vəziyyətinə aydınlıq gəlib.
Klubun saytının yazdığı xəbərə görə, Premyer Liqanın 4-cü turunda “Səbail”lə ev qarşılaşmasında zədələndiyinə görə əvəzlənən Yaovi Akakpo müayinədən keçib. Toqolu yarımmüdafiəçinin zədəsinin ağır olduğu aşkarlanıb. Ön çarpaz bağları qopan gənc oyunçu yaxın günlərdə əməliyyat olunacaq. Akakponun sağalma müddəti və meydana qayıdacağı vaxt əməliyyatdan sonra dəqiqləşəcək. İlkin ehtimallara görə, Yaovi ən azı 6 aydan sonra yaşıl meydanlara qayıda biləcək.

CANLI YAYIM