"Haas" komandası heyətini təsdiqləyib

24 Sentyabr, 15:56 Sosial mediada paylaşın:
Formula 1-də mübarizə aparan “Haas” komandası növbəti mövsüm üçün heyətini təsdiqləyib. Amerika Birləşmiş Ştatları komandası dəyişikliyə getməyərək pilotlarını qorumaq qərarına gəlib. Mixael Şumaxeri oğlu Mik Şumaxer rusiyalı piltot Nikita Mazepinlə birgə bu komandanın uğurları üçün yarışacaq. Hər iki pilot açıqlamasında növbəti ildən reqlament dəyişikliyi sayəsində daha iddialı olacaqlarını bildirib.
Yeri gəlmişkən, Formula 1 üzrə dünya çempionatında iştirak edən 10 komandadan 9-u artıq heyətlərini açıqlayıb. Yalnız “Alfa Romeo” hələ də qeyri-müəyyənlik içindədir. Amma bəzi mənbələr İsveçrə komandasının Formula 2-də çıxış edən çinli pilot Cjou Quanyu ilə anlaşacağıını yazır. Bununla birgə Antonio Covinatsi də komandada öz yerini qoruyacaq.

CANLI YAYIM