Bu gün Londonda Coşua ilə Usik qarşılaşacaq

25 Sentyabr, 12:45 Sosial mediada paylaşın:
Bu gün Londonun məşhur “Tottenhem” stadionunda ağır çəki dərəcəsində Entoni Coşuayla Aleksandr Usik arasında döyüş keçiriləcək.
WBA  IBF IBO və WBO versiyası üzrə dünya çempionu olan britaniyalı boksçu görüşün favoriti sayılır. Amma orta çəki dərəcəsində dünya çempionu olduqdan sonra ağır çəkidə qüüvvəsini sınamaq istəyən ukraynalı əlcək ustası WBO,   WBA, İBF  kəmərinə iddialıdır. Elə mütəxəssislər də görüşün çox maraqlı keçəcəyini düşünür. Usikin həmyerlisi olan sabiq dünya çempionu Vladimir Kliçko həmyerlisinin döyüş ərzində çətinliklə üzləşəcəyini söyləyib. O, Coşuanın daha ucaboy olmasına görə üstünlük əldə edəcəyini amma hər şeyin Usikin özündən asılı olacağını bildirib. Elə 3 fərqli divizonda dünya çempionu  ukraynalı Aleksandr Lomaçenko da həmyerlisinə dəstək olmaq üçün Londona gəlib. İndiyə qədər keçirdiyi 18 görüşün heç birində məğlub olmayan Usik də mətbuata açıqlamasında bir qədər ehtiyatlı danışıb. Rəqibinə hörmətlə yanaşdığını söyləyən Aleksandr bu görüşün tarixə düşəcəyini iddia edib.
Bu günə qədər peşəkar boksda keçirdiyi 25 oyunun 24-də qalib gələn Coşua isə  qarşıdurmadan əvvəl yorğun olduğunu söyləyib. O döyüşə hazırlıq məqsədi ilə çox əziyyət çəkdiyini və bunun bəhrəsini görəcəyinə ümid etdiyini dilə gətirib. Britaniyalı əlcək ustası rəqibini Vladimir Kliçkodan sonra Ukrayna tarixinin ən güclü boksçusu adlandırıb. Xatırladaq ki, Coşua bu görüşdə iştirakına görə 15 milyon funt sterlinq qonorar alacaq. Usikə ödəniləcək məbləğ isə ictiamiyyətə açıqlanmayıb.

CANLI YAYIM